Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Haqsız rəqabətə yol verən fiziki şəxs cərimə olunub

Haqsız rəqabətə yol verən fiziki şəxs cərimə olunub


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti haqsız rəqabət hallarının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Məlumat verildiyi kimi, Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olan məlumatın araşdırılması zamanı fiziki şəxs Fərzəliyev Tahir Təvəl oğlunun Türkiyə istehsalı mühərrik yağlarını idxal edərək istehlakçılara Yaponiya istehsalı kimi təqdim etməsi, eləcə də İran İslam Respublikasında istehsal olunan və ölkəmizə idxal etdiyi məhsulların qablaşdırmalarının üzərində mənşə ölkəsi barədə təhrif edilmiş məlumatların olması və bununla da, haqsız rəqabətə yol verməsi əlamətlərinin aşkar edilməsi ilə bağlı iş qaldırılmışdı.

Newscenter.az Xidmətə istinadən xəbər verir ki, işə baxılmanın nəticəsi olaraq, fiziki şəxs Fərzəliyev Sabir Təvəl oğlu barəsində 6229 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib və Dövlət Xidməti tərəfindən sahibkarlıq subyektinə haqsız rəqabətə yol verməməsi barədə göstəriş verilib.

Mehman
Xəbəri paylaş