Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təşkil olunmuş VII Könüllülük Proqramına sənəd qəbulu başa çatıb.
Newscenter.az xəbər verir ki, VII Könüllülük Proqramında iştirak etmək üçün 100-dən çox könüllü elektron ([email protected]) qaydada sənəd verib.
Onlardan müvafiq meyarlar üzrə uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Müsahibədən uğurla keçən şəxslər noyabr ayından etibarən BŞTİ-nin struktur bölmələrində 3 ay səmərəli təcrübə keçmək imkanı qazanacaqlar.
Könüllü kimi fəaliyyətini uğurla başa vuran gənclərin hər birinə BŞTİ tərəfindən müvafiq arayış veriləcək.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2014-cü ildən etibarən könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir. İndiyədək İdarə tərəfindən həyata keçirilmiş Könüllülük Proqramlarında 200 nəfərə yaxın gənc iştirak edib. Onlardan 19 nəfəri hazırda BŞTİ-nin əməkdaşıdır.
R.Mehdiyeva