Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Brüssel və Praqadakı diplomatik uğurumuz Soçidə də təsdiqləndi

Brüssel və Praqadakı diplomatik uğurumuz Soçidə də təsdiqləndi


Müharibdəki zəfərimizdən sonra siyasi və diplomatik müstəvidə Ermənistan üzərində qələbəmizin əsasını 10 noyabr 2020-ci il Bəyanatı ilə qoyduq. Şimal qonşumuzun təşəbbüsü və vasitəçiliyi ilə imzalanan və üçtərəfli görüşün yalnız Azərbaycan tərəfinin maraqlarına uyğun olan həmin Bəyanatdan sonra keçən il ərzində daha iki görüş və iki bəyanat oldu. Moskva və Soçi Bəyanatları da ilk sənədin məntiqi davamı və onun daha da möhkəmləndirilməsi istiqamətində qəbul edildi.

Rəsmi Moskvadan umduğunu döyüş meydanında olduğu kimi, danışıqlar masasında da ala bilmədiyini görən İrəvan Brüsselə üz tutdu. Şimal qonşumuzun təşkilatçılığı ilə keçirilən son görüş - Soçi görüşündən təxminən bir il ərzində dörd Brüssel görüşü və bir Praqa görüşü keçirildi. Bu görüşlərin keçirildiyi dönəmdə başı Ukraynada qarışan Rusiya həmin görüşləri də diqqətlə izləyirdi. Bütün Brüssel görüşlərindəki müzakirələr də siyasi və diplomatik leksikon baxımından Moskva və Soçidən fərqlənmədi. Burada ölən və unudulan ifadələr və mövzular Brüsseldə də ölü qaldı. Nəhayət ki, başı Ukraynadan ayılmasa belə rəsmi Moskva on bir ay beş gün sonra növbəti üçtərəfli görüşü təşkil etdi.
İkinci Soçi görüşü bu günə qədər keçirilən görüşlərdən ən çox Praqada keçirilmiş dördtərəfli görüşə oxşadı.

Çatışmayan sadəcə Ermənistanın avropalı sahibləri idi. Onların yerinə rus sahibi orda idi və bu görüşdə də mövzuların müzakirəsi demək olar ki, eyni məzmun və eyni templə davam etdi. Bütün görüşlərdə olduğu kimi, ikinci Soçi görüşündə də, siyasi və diplomatik jestikulyasiya baxımından erməni Baş nazir Prezident İlham Əliyevin qarşısında məşğlub durumda idi və sinifdə qalırdı. Prezident İlham Əliyevin müstəqil bir dövlətin başçısı kimi ayrıca bir çətir altında Vladimir Putinlə yanaşı addımladığı halda, Prezident Putinin şəmsiyyəsinin altında Rusiyanın bir əyalət rəhbəri kimi ümidsiz görkəm alan Paşinyanın görüntüsü görüşün müqəddiməsindən xəbər verirdi.

Keçən bir il ərzində Putin Rusiyasının həm dünyada, həm də Cənubi Qafqazda nüfuz enişində olması ilə yanaşı, Avropa ilə Asiya arasındakı çoxşaxəli əlaqələrdə kilid rolunu öz üzərinə götürən İlham Əliyevin iştirak etdiyi görüşün ənənəvi masası da dəyişdirilmişdi. Son aylarda Azərbaycan Prezidentinin həm Avropada, həm də Asiyada iştirak etdiyi mötəbər tədbirlər, liderlərin ona münasibəti, əvvəlki iki görüşdə istifadə edilən uzun və eybəcər masalar da dırnaqarası ifadələri göndərdiyimiz yerdə idi. Ümumiyyətlə hər şey və hamı başqa cür idi. Elə Paşinyanın özü də, həmişəkinin əksinə danışdıqlarını Qərb sahiblərinin yazdığı vərəqdən oxumağa uğursuz cəhdlər edirdi, ancaq alınmırdı.

Dəyişməyən isə yalnız Prezident İlham Əliyevin Azərbaycanın dövlətçilik maraqlarına xidmət edən qətiyyətli, prinsipial və dönməz mövqeyi idi! Bu mövqeyini özünün "Qarabağ müharibəsi artıq tarixdədir, iki il əvvəl artıq həll olunub! Odur ki, bu baxımdan praktiki olaraq müzakirə olunacaq bir şey yoxdur!" kimi tarixi fikirləri ilə bir daha bəyan etdi. Bu fikirlərə isə Rusiya Prezidentinin bizim gözlədiyimiz şəkildə, "münaqişədən sonra mövcud olan problemlərin həlli, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və sülhün təmin olunmasının vacibliyi" ilə bağlı əlavələri bizim gözlədiklərimiz idi. Ümumiyyətlə heç zaman, xüsusilə də bu mövzuya dair ritorikasını heç yerdə dəyişməyən Prezident İlham Əliyevdən sonra Rusiya Prezidentinin Paşinyanla ünsiyyətdə olarkən şirnikləndirici ifadələr işlətməsi "küçədə haqlı olaraq döyülən uşağına valideyninin evdə təsəlli etməsi" ndən başqa bir şey deyildi. Dünya ilə müharibə etmək iddiasında olan bir dövlətin başçısının həm ikitərəfli, həm də üçlü görüşdə eyni mövqe sərgiləyən Prezident İlham Əliyevə görə ritorikasını dəyişməsi ancaq və ancaq bizim rəhbərin əzəmətindən xəbər verə bilər!

Yenə də, hamının görüş öncəsi proqnozlar verməyə çalışdığı və görüş sonrası isə maraqla gözlədiyi birgə bəyanatın mətni də gözləntilərimizi doğrultmağdan da artıq oldu. Bir sətrində belə münaqişə sözünə rastlanılmayan bəyanat, bizim Ermənistandan icrasını, Rusiyadan himayə etdiyi ermənilərə icra etdirməsini və hər ikisindən isə dövlətləri adından atdıqları imzalara hörmət etməklə bağlı Azərbaycandan nümunə götürmələrini istədiyimiz fikirləri ehtiva edir. Münaqişədən sonra qalmaqda olan və Sülh sazişinin imzalanmasını istisna edən problemlər - humanitar məsələlər, 10 noyabr Bəyanatı ilə razılaşdırılan iqtisadi və nəqliyyat kommunikasiyaları bərpası, qanunsuz və cinayətkar ünsürlərin bizim ərazilərimizdən çıxarılması, sərhədlərin müəyyənləşdirilməsi həllini tapmalıdır. Avropada qərbli yiyələrinin iştirakı ilə istinad etdirdiyimiz Ermənistanın işğalını təsdiqləmiş qətnamələri qəbul edən BMT-nin nizamnaməsini və SSRİ-dən sonra ərazilərimizi müəyyən edən 1991-ci il Alm-Ata bəyannaməsini şimallı sahibinin yanında həm də imzalatdırdıq. Şimaldan və Qərbdən bir şey ala bilməyən Paşinyan Soçidən birbaşa əmmaməsinin altına sığınmaq üçün cənublu sahibinin yanına qaçdı. Atalarımız burda deyiblər, "Allah heç kimi, heç düşməni belə, ermənilərin olduğu bu günə salmasın".

Xəyal Bəşirov--Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri
Xəbəri paylaş