Bloqer Nekoqlay (əsl adı Nikolay Lebedev) bu gün Rusiyadan Ermənistanın paytaxtı İrəvana yola düşəcək.
Bu barədə “Newscenter.az” Ermənistan mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, o, Rusiyanın Moldova ilə birbaşa uçuş əlaqəsi olmadığı üçün Ermənistana qovulur.
Nekoqlay noyabrın 8-də tik-tokda Rusiya əsgərinin qumbaraatanlarla pilotsuz təyyarənin hücumu ilə mübarizə apardığı videonun parodiyasını yayıb. Videoda Nekoqlay xalçanın üzərində uzanarkən “qumbara”nı yerə atır, daha sonra başının üstündə arxaya salto edir.
Noyabrın 9-da məlum olub ki, Moskvanın Presnenski Məhkəməsi Moldova vətəndaşı Nekoqlayı cərimələyib və onun Rusiyadan zorla çıxarılmasına qərar verib. Bloqer Rusiya Federasiyasının miqrasiya qanunvericiliyini pozmaqda təqsirli bilinib.
Anar TAĞIYEV