Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İmişlidə məktəb binasında yanğın olub

İmişlidə məktəb binasında yanğın olub


DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, bu gün saat 16 radələrində İmişli rayonunun Qaralar kəndi kəndi ərazisində yerləşən tam orta məktəbdə yanğın baş verməsi ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal polis əməkdaşları həmin əraziyə cəlb olunublar.

Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizəsi təmin olunur, təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirir.

Həmçinin yanğının söndürülməsi istiqamətində zəruri bütün tədbirlər görülür.

Mehman
Xəbəri paylaş