Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İdman sahəsində əldə olunan uğurlar düzgün və məqsədyönlü siyasətin nəticəsidir

İdman sahəsində əldə olunan uğurlar düzgün və məqsədyönlü siyasətin nəticəsidir


İdman - həyat və sağlamlıqdır. Sağlamlıq ən böyük nemətlərdən biridir. Hər bir insan onu qorumağı bacarmalı və öz sağlamlığını hifz etməlidir. Sağlamlığı qoruyub saxlamqada idmanın böyük rolu vardır. Necə deyərlər? “Sağlam bədəndə sağlam ruh olar.” İdman insanı tək fiziki deyil, eyni zamanda ruhi cəhətcə də tərbiyələndirir. İdmanla aktiv məşğul olan millət - sağlam bir millətdir. Bu istiqamətdə böyük uğurlu layihələr həyata keçirir. Respublikamızda idmanla məşğul olmaq üçün bütün lazımi şəraitlər yaradılmışdır. Müasir idman avadanlığı ilə təchiz edilən və dünya standarlarına uyğun idman komplekdləri, hər il yeni-yeni stadionlar və üzmə hovuzları açılaraq idmansevərlərin ixtiyarına verilir. Cənab Prezident İlham Əliyevin çıxışlarında da qeyd etdiyi kimi “İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir. Sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmli olmalıdır.”

Azərbaycan Dövlətinin idman siyasəti gənclər arasında sağlam həyat tərzinin təbliği və ölkəmizin beynəlxalq idman yarışlarında yüksək səviyyədə təmsil olunması kimi mühüm priotetlərin həllinə xidmət edir. Prezident İlham Əliyev idmana dövlət qayğısının ardıcıllığına nail olur . Belə ki, idmançılarımızın beynəlxalq idman yarışlarında yüksək nəticələr göstərməsi və Azərbaycanın idman ölkəsi kimi tanınması təsadüfi deyil . Son illər demək olar ki Azərbaycan idmançıları beynəlxalq arenalarda dayanmadan iştirak edirlər. 2022- ci ildə də Azərbaycanı təmsil edən idmançılar dünya və Avropa çempionantlarından , nüfuzlu beynəlxalq turnirlərdən Vətənimizə medallarla qayıdıblar. Ötən ili idmançılarımız 837 medalla başa vurublar . Bunun 356-sı Olimpiya , 97-si Paralimpiya , 384-ü isə Qeyri- Olimpiya proqramının payına düşür. Yarışlarda əldə edilən qızıl medalların sayı isə 270-dir.

Ötən ildə Türkiyənin Konya şəhərində keçirilən oyunlarda Azərbaycan idmançıları 24 idman növündən 22-də təmsil olunub. Yekunda ölkəmiz 56 ölkə arasında 99 medalla dördüncü pillədə qərarlaşıb . Bundan əlavə Azərbaycan son illərdə olduğu kimi ötən ildə də mühüm beynəlxalq idman tədbirlərinə ev sahibliyi edib . Bu yarışların ölkəmizdə keçirilməsi Azərbaycanın böyük turnirlərin təşkili ilə bağlı təcrübəsinin və ölkəmizə beynəlxalq idman ictimaiyyətinin etimadının göstəricisidir.

Azərbaycan idmançılarının əldə etdiyi uğurlar , onların inkişafına yaradılmış şərait Azərbaycan dövlətinin dünya miqyasında idman dövləti kimi tanınmasına şərait yaradır . Bu imicin qorunmasında böyük rolu olan idmançıların , eləcə də yarış iştirakçılarının dövlət başçısı ilə görüşü artıq ənənə halını alıb . Belə ki , növbəti görüş 9 yanvarda 2023-cü ildə keçirilmişdir və bu görüş ötən il- 2022-ci ilin idman yarışlarına həsr olunmuşdur. Görüş təntənəli şəkildə təşkil olunmuş və görüşdə Prezident İlham Əliyev iştirak etmişdir.

İlham Əliyev : “ Azərbaycan bütün dünyada özünü güclü idman ölkəsi kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən –ilə möhkəmlənir. Mən əldə edilən bütün uğurlar münasibəti ilə idmançıları , onların məşqçilərini , idman ictimaiyyətini bir daha təbrik edir, yeni uğurlar , yeni qələbələr arzulayıram “ .

Sonra Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançıların və idman mütəxəssislərinin mükafatlandırılması mərasimi oldu.

Prezident İlham Əliyev 2022-ci ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançıya və idman mütəxəssisinə - Dadaşbəyli Dadaş, Ruslan Lunyov, Əli İbrahimov, Tahir Baxşıyev, Tayfur Əliyev, İlham Məmmədov, Təbriz Həsənov, Ağahüseyn Mustafayev, Sənan Süleymanov, Taleh Məmmədov, Ramazan Muradov, Yaylagül Ramazanova, İrina Zaretska, Fəxrəddin Quliyev, Südeif Quliyev, Elvin Astanov, Ramil Mahmudov, Billurə Eminova, Rəhim Qasımov, Cavad Ağayev, Asif Həsənov və Şəfəq Kərimovaya yeni mənzillərin orderlərini təqdim etdi.

Bütün göstəricilər və dövlətimizin göstərdiyi xüsusi diqqət bir daha onu göstərir ki, cənab Sədr, dövlətimizin başçısı İlham Əliyevin müdrik rəhbərliyi altında həyata keçirilən güclü YAP siyasəti Azərbaycan gəncliyinin sağlam və vətənpərvərlik ruhunda yetişməsi, ölkəmizin maraqlarını təmin edən uğurların qazanılması, daxili və xarici məsələlərdə humanizm prinsiplərinə əsaslanmaq, bir sözlə ölkəmizin və xalqımızın maraqları naminə hesablanmışdır.

Məmmədova Lalə
YAP Yevlax rayon təşkilatının fəalı
Xəbəri paylaş