Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Keçən il Energetika Nazirliyi və tabeli qurumlara 6733 müraciət daxil olub

Keçən il Energetika Nazirliyi və tabeli qurumlara 6733 müraciət daxil olub


2022-ci il ərzində Energetika Nazirliyi və tabeli qurumlara 6733 vətəndaş müraciəti daxil olub.

Newscenter.az-a Energetika Nazirliyindən daxil olan xəbərə görə, müraciətlərdən 5740-ı müvafiq qaydada icra olunub, 392-si icradadır. 601 müraciət isə məlumat xarakterlidir.

Müraciətlər əsasən elektrik enerjisi və təbii qaz təchizatı, elektrik enerjisi şəbəkəsinə qoşulma və texniki şərtin verilməsi, elektrik qurğu və avadanlıqlarının vəziyyəti, borc və cərimələr, sayğaclaşma, bərpa olunan enerji, icazələr, işlə təminat, təşəkkür və digər mövzularla bağlı olub.

Hesabat dövründə Nazirlik və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 254 vətəndaş qəbul edilib və müraciətlərdə qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Sevinc
Xəbəri paylaş