Hazırda biz 20 Yanvar faciəsinin ildönümü ərəfəsindəyik. 33 il əvvəl baş vermiş bu qanlı faciə xalqımızın Qəhrəmanlıq salnaməsidir, həmin günlərdə rus-sovet qoşunlarının, zirehli tankların üzərinə əliyalın qalxan Azərbaycan Gəncliyi öz milli vətənpərvirliyini, əzmkar mübarizlik ruhunu dünyaya nümayiş etdirdi.
20 Yanvar müstəqillik mübarizəmizin qəhrəmanlıq tarixi olduğundan, bu ruhda böyüyən gəncliyimiz azadlıq və suverenliyimizin qorunmasında daha da mətinləşib, milliləşibdir.
Aradan 33 il keçməsinə baxmayaraq, sanki həmin tarixi hadisələin oxşarını yaşayırıq. Bu gün də Azərbaycan gəncliyi öz mübarizlik ruhuna sadiq qalaraq 40 günə yaxındır ki, Laçın-Xankəndi yolunda Rus sülhməramlılarının himayə eytdiyi separatçı ermənilərin ekoloji cinayətinə qarşı etiraz aksiyasını davam etdirirlər.
Sevindirici haldır ki, aksiya iştirakçılarının əksəriyyəti gənclərdir, könüllülərdir, onların sırası hər gün daha da genişlənir.
44 günlük Vətən müharibəsində on minlərlə gəncimiz könüllü olaraq cəbhəyə yollanıb Qələbəmizə töhfə verdiyi kimi, bu gün də həmrəy olaraq Laçın yolunda dayanaraq mübarizlik edirlər, dövlətimizi ləyaqətlə təmsil edirlər.
Gənclərimizin bu təşəbbüskarlığı, könüllülük prinsiplərinə sadiqliyi hər birimizi qürurlandırır, onların Vətənə olan sonsuz məhəbbəti hər bir azərbaycanlının qəlbində fərəh oyadır.
Cənab Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə zamanı gənclərimizə “Eşq olsun!”, onlar bizim fəxrimizdir, deməklə layiq olduqları ən yüksək dəyəri verdi.
Azərbaycanda milli ruhda yetişmiş gənc nəslin formalaşmasında əlbəttə, Cənab Prezidentin son 19 il ərzində yürütdüyü gənclər siyasəti öz mühüm töhfəsini verməkdədir. Məhz Onun Liderliyi sayəsində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib.
Bu gün müasir gənc nəsil aksiya zamanı öz davranışı və hərərkətləri ilə həm də Azərbaycan gəncinin sülhsevər və humanist obrazını, yüksək mənəvi-əxlaqi keyfiyyətlərini dünyaya nümayiş etdirir.
Azərbaycan gəncliyi sübut edir ki, xeyirxahdır, fədakardır, təmənnasız kömək ənənələrini yaşadırlar. Onlar bu gün aksiya bölgəsində sadə ermənilərə də öz humanistliyini əsirgəmirlər, ərzaq və siqaret üçün müraciət edən mülki ermənilərə də yardım edirlər, yedizdirir, ərzaqla yola salırlar.
Azərbaycan gəncləri bu əməlləri ilə həm də dünyaya örnək olduqlarını göstərirlər. Bir sıra ölkələrdə, xüsusilə də Avropa dövlətlərində gənclərin aksiyaları zamanı onların əndazəni aşan geyim tərzləri, hay-küylə ətrafdakıları narahat etməsi, polislə süni qarşıdurma cəhdləri və s. ictimai asayişi pozmaları, digər hərəkətlərini müşahidə edirik.
Ancaq Azərbaycan gənci öz etik və yüksək mənəvi və humanizm əməlləri ilə hər kəsə nümunə olduğunu göstərir.
Aksiyada gecə-gündüz gənclərlə birlikdə öz fədakar əməyini əsirgəməyən Tibb işçilərinin də qədirbilən fədakarlığını yaddan çıxarmaq olmaz. Ağ xalatlı qəhrəmanlarımız öz isti evlərini tərk edərək şaxtalı havada Vətənə öz borclarını şərəflə yerinə yetirirlər. Buna görə onalara da minnətdarlığımı bildirmək istərdim.
Ərazidə xidmət edən Azərbaycan Polisi isə bizim əsil Qəhrəmanlarımızdır. Onlar hər zaman olduğu kimi bu gün də ayıq-sayıq Vətənin keşiyində dayanraq üzərinə düşən vəzifəni peşəkarlıqla yerinə yetirirlər, onlara da təşəkkürlərimi çatdırıram.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki