Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

33 ildir ki, Şəhidlər xiyabanı xalqımızın müqəddəs ziyarətgahına çevrilib-İQBAL MƏMMƏDOV

33 ildir ki, Şəhidlər xiyabanı xalqımızın müqəddəs ziyarətgahına çevrilib-İQBAL MƏMMƏDOV


"20 Yanvar faciəsi tək Azərbaycan xalqına deyil, insanlığa qarşı törədilən qanlı terror aktıdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İqbal Məmmədov səsləndirib.

Deputat qeyd edib ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə, xalqımızı qorxutmaq və müstəqillik istəyindən döndərmək məqsədi ilə əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başlaması nəticəsində 137 nəfər öldürüldü, 744 nəfər ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun bu əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və polislərdə vardı. Əli günahsız insanların qanına bulaşmış SSRİ rəhbərliyinin bu xain planı nəyinki xalqımızı qorxutmadı, əksinə müstəqillik arzusunu daha da gücləndirdi. 20 yanvar hadisələrindən sonra xalqımız həmrəy olaraq birdəfəlik cinayətkar imperiyaya "yox" dedi". Xalqımızda olan birlik 30 ildən sonra bizə böyük zəfəri qazandırdı".

Deputat vurğulayıb ki, Azərbaycan xalqına qarşı törədilən bu terror aktını ilk dünyaya bəyan edən ulu öndər Heydər Əliyev oldu:

"Ulu öndər Heydər Əliyev qanlı qırğının səhəri gün Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək insanlığa qarşı törədilən bu qanlı cinayətlə bağlı bəyanat verdi. O dövrdə bu cür addım atmaq üçün böyük cəsarət tələb olunurdur. Ulu öndər Heydər Əliyev özünün və ailəsinin həyatını təhlükəyə ataraq imperiyanın paytaxtında dünyanın onlarla aparıcı KİV nümayəndələrinin qarşısında Sovet ordusu, bu cinayət planın cızan Mixail Qorbaçovu ittiham etdi. Ulu öndərin bu addımı xalqımızı daha da ruhlandıraraq, azadlıq eşqini daha da artırdı. 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyev xalqın istəyi ilə hakimiyyətə qayıtdıqdan sonra Şəhidlər xiyabanını ziyarət edərək qısa müddətdə bütün şəhid məzarlarının üstü götürülməsini və burada memorial kompleks ucaldılması tapşırığını verdi. Ulu öndər Heydər Əliyevin sərəncamı ilə 20 Yanvar Ümumxalq hüzn günü elan olundu. 33 ildir ki, Şəhidlər xiyabanı xalqımızın müqəddəs ziyarətgahına çevrilib. İllər keçsə də müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrundan canından keçmiş şəhidlərimizin müqəddəs xatirələri xalqımızın qəlbində əbədi yaşayacaqdır". Sonxeber.az-a
Xəbəri paylaş