Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azad edilmiş ərazilərə xarici investorların cəlb edilməsi baxımından Davos Forumu ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb edir

Azad edilmiş ərazilərə xarici investorların cəlb edilməsi baxımından Davos Forumu ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb edir


"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Davos Forumunda iştirakı ölkəmizin mövcud iqtisadi potensialı, respublikamızda mövcud olan münbit investisiya mühitinin dünyanın aparıcı dövlətləri və şirkətlərinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir".

Newscenter-az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, xüsusilə işğaldan azad edilmiş ərazilərə xarici investorların cəlb edilməsi baxımından Davos Forumu ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb edir:

"Bildiyiniz kimi Forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev dünyanın aparıcı şirkətləri və konsersium rəhbərləri ilə görüşərək onlara ölkəmizdəki investisiya mühiti barədə məlumat verib. Əslində Azərbaycanda xarici investorlar üçün kifayət qədər imkanların yaradıldığı, onların sərmayələrinin təhlükəsiz şəkildə qorunulduğu hər kəsə aydındır. Məhz ona görədir ki, əksər xarici şirkətlər işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrin iştirakçısına çevrilmək istəyirlər".

Arzuman Muradlı qeyd edib ki, Azərbaycana olan bu maraq ölkə başçısının həyata keçirdiyi uğurlu siyasət və Bakının etibarlı tərəfdaş kimi dünyada sayılıb-seçilən bir ölkə olması ilə bağlıdır.

Mehman
Xəbəri paylaş