Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq siyasi manipulyasiya həvəskarlarının məkrli Türkiyə planları

Beynəlxalq siyasi manipulyasiya həvəskarlarının məkrli Türkiyə planları


ABŞ-ın keçmiş dövlət katibi Con Boltonun Türkiyədə keçiriləcək növbəti prezident seçkiləri ərəfəsində NATO-nu müdaxilə etməyə çağırması tam bir beynəlxalq skandaldır.

Türkiyədə kimin prezident seçilməsi, hansı siyasi qüvvənin hakimiyyətə gəlməsi Türk xalqının siyasi iradəsinə bağlıdır.

Nə ABŞ-ın, nə NATO-nun, nə də bir başqa dövlət və ya beynəlxalq qurumun Türkiyə vətəndaşlarının siyasi iradəsinə müdaxilə etmək haqqı və ya hüququ yoxdur. Buna hər hansı cəhdin göstərilməsi isə beynəlxalq hüquq cinayəti xarakteri daşıyacaq.

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə vətəndaşlarının seçdiyi dövlət başçısıdır. Onun hakimiyyətdə qalıb-qalmayacağı da məhz Türkiyə seçicilərinin biləcəyi işdir. Türkiyə vətəndaşları ABŞ və Qərbin xoşana gələn prezident seçməyə borclu deyillər.

Prezident Rəcəb Tayyib Ərdoğanın prinsipial xarici siyasətindən narazı olan, Türkiyə liderinin beynəlxalq nüfuzundan qorxan xarici güclər yeni dünya reallığı ilə barışmaq məcburiyyətindədirlər. Türkiyə xalqı bundan ABŞ və Qərbin maraqlarına xidmət edənləri hakimiyyətə gətirməyəcək.

Con Boltonların, Co Baydenlərin və s.beynəlxalq siyasi manipulyasiya həvəskarlarının məkrli planları mütləq boşa çıxacaq. Türkiyədə keçiriləcək növbəti prezident seçkiləri yeni dünya düzəninin qurulmasına birbaşa təsir göstərə biləcək bir faktordur. Və bu seçkilərin nəticələri mütləq Türkiyənin daxilində, Türk xalqının siyasi iradəsi ilə həll ediləcək. Yəni, Türkiyə düşmənləri boşuna həvəslənməsinlər...

Elçin Xalidbəyli-politoloq
Xəbəri paylaş