Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənclərimiz haqq-ədalət uğrunda mübarizə aparırlar

Gənclərimiz haqq-ədalət uğrunda mübarizə aparırlar


“Qırx gündür ki, QHT nümayəndələri, ekoloqlar və gənc fəalların Qarabağda “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda etiraz aksiyası davam edir. Hava soyuq və şaxtalı olsa da, onlar aksiyanı dayandırmır, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" kimi şüarlar səsləndirirlər. Ekofəallar Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının qarşısının alınmasını, həmin ərazilərdə monitorinq keçirilməsinə şərait yaradılmasını tələb edirlər. Gənclərin tələbi qətidir: qeyri-qanuni istismarla bağlı tələblər​ yerinə yetirilməyənə qədər aksiya davam edəcək”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Millət vəkili bildirib ki, otuz il erməni işğalı altında qalmış Qarabağ və ətraf rayonlarımızda erməni vandalları ekoloji soyqırımı, terror törədib. Düşmən bu torpaqlarda bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara böyük zərbə vurub, eyni zamanda İran kimi qonşu dövlətlərlə birləşərək öz hərbi məqsədləri və narkobiznes ticarətini həyata keçirib: “Gənclərimiz haqq-ədalət uğrunda mübarizə aparırlar. Bu gün Azərbaycan gənclərinin keçirdiyi dinc aksiya Qarabağda yaşayan ermənilər üçün heç bir təhlükə yaratmır. Əksinə, bu aksiya bölgənin təbii sərvətlərinin qorunması ilə yanaşı,​ sülhə və əmin-amanlığa çağırışdır".

H.Hüseynova qeyd edib ki, 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğununa bütün dünya şahid olub: “Bu gün isə biz gənclərimizin yalnız döyüş meydanında deyil, həm də informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirdiklərini görürük Azərbaycan gəncliyi vətənpərvər və sülh tərəfdarı olduğunu bir daha bütün dünyaya sübut etdi”.
Xəbəri paylaş