Bu gün sosial şəbəkələrdə bir nəfərin qaz xətti keçən kolluq ərazini qəsdən yandırmasını əks etdirən görüntülər paylaşılıb.
Newscenter.az-ın DİN-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, araşdırmalarla görüntüdə əks olunan hadisənin Zərdab rayonu ərazisində törədildiyi müəyyəb edilib.
Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-texniki tədbirlərlə qaz xətti keçən kolluq ərazini yandıranın rayonun Şahhüseynli kənd sakini, 23 yaşlı Emil Rəşidov olduğu müəyyən edilərək saxlanılıb.
Hazırda araşdırmalar aparılır.
Mehman