Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın xilasediciləri dağıntılar altından ana və azyaşlı qızının meyitini çıxarıb

Azərbaycanın xilasediciləri dağıntılar altından ana və azyaşlı qızının meyitini çıxarıb


Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində gecə vaxtı axtarış-xilasetmə əməliyyatları zamanı ana və azyaşlı qızının meyitini çıxarıb.

Newscenter.az bildirir ki, "Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, Azərbaycan xilasediciləri tərəfindən şəhər ərazisində yerləşən Hayrullah binasının dağıntıları altında aşkarlanan gənc qadın və 2 yaşlı qızının meyiti çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Ehtimal edilir ki, həmin ərazidə digər şəxslərin də meyitləri var. Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.

Qeyd edək ki, indiyədək Azərbaycan xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 47 nəfəri sağ, 270-dən çox şəxsin meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Xəbəri paylaş