Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hüseyin Altınalan: "Azərbaycan yas tutur, kimsənin kefi yoxdur"

Hüseyin Altınalan: "Azərbaycan yas tutur, kimsənin kefi yoxdur"


“Azərbaycan da yas tutur. Kimsənin kefi yoxdur”. Newscenter.az.xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Hüseyn Altınalan tviterdə yazıb.

O bildirib ki, Azərbaycan ictimaiyyətin hər təbəqəsi zəlzələnin ağrısını ürəyində hiss edir: “Bakıdakı məscidlərdə imamlar dualarının böyük hissəsini ölkəmizdə zəlzələdən zərərçəkənlərə həsr ediblər. O dualara “amin” deyərkən səslərin çox möhkəm çıxması təsiredici idi. Yaşasın qardaşlığımız”.

Məlumat üçün qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Son məlumata görə, Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı on minlərlərdir. Təbii fəlakət nəticəsində 70 mindən çox insan yaralanıb.

Mehman
Xəbəri paylaş