Azərbaycan Prezidenti cənab İlham Əliyev “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2023-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının indeksləşdirilməsi həyata keçiriləcək. Eyni zamanda, ötən ilki inflyasiya dərəcəsinə uyğun pensiya kapitalı məbləğləri indeksləşdiriləşdiriləcək.
Newscenter.az-ın xəbərinə görə, Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, bütün növ əmək pensiyaları bu ildən etibarən 14.7 faiz, pensiya kapitalı isə 13,9 faiz artırılacaq:
"Pensiya kapitalındakı artım həmi məbləğin inflyasiyadan qorumaq məqsədi daşıyır. Yanvar ayının artımı fevral ayının artımı ilə birlikdə bu ay pensiyaçılara ödəniləcək".
Mehman