Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələlərin baş verdiyi Kahramanmaraşa gəlib.
Newscenter.az bildirir ki, "Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, dövlət başçısının Kahramanmaraş Sütçü İmam Universitetinin Karacasu kampusunda zəlzələdən zərərçəkmiş şəxslərin müvəqqəti qalması üçün hazırlan konteynerlərlə və modul tipli evlərlə tanış olacağı gözlənilir.
Qeyd edək ki, ərazidə zərərçəkmişlər üçün 1000 ədəd konteyner və 500 ədəd modul tipli evlərin hazırlanması nəzərdə tutulub.