Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Türkiyə dostluq və qardaşlığının daha bir nümunəsi -ÖZƏL

Azərbaycan-Türkiyə dostluq və qardaşlığının daha bir nümunəsi


“Türkiyənin ilk yerli istehsalı olan “Togg” avtomobilinin ikincisinin Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə təqdim edilməsi Türkiyə-Azərbaycan dostluq və qardaşlığının daha bir örnəyi, nümunəsidir”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, bu həm də istər şad günlər, istərsə də hüznlü günlərdə iki qardaş ölkənin bir-birinin yanında olduğunu bir daha bütün dünyaya sübut etdirir:

“Necə ki, bu il, fevral ayının 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələdən dərhal sonra Azərbaycan qardaş yardımı etmək üçün zəlzələ bölgəsində üz tutdu, əlindən gələn köməyi, dəstəyi əsirgəmədi, eləcə də bu gün Türkiyənin qüruru hesab edilən “Togg”un istifadəyə verilməsini Azərbaycan öz uğuru, öz nailiyyəti kimi düşünür, bunu elə qəbul edir. Elə “Togg” avtomobilinin ikincisinin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə təqdim edilməsi bu anlamı, mənanı ifadə edir”.

Arzuman Muradlının sözlərinə görə, bu həm də bütün dünyaya, yaxın-uzaq ölkələrə bir örnəkdir ki, əsl dostluq-qardaşlıq belə olur.

Mehman
Xəbəri paylaş