Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanımızı qorumalıyıq-CAHANGİR HÜSEYNOV

Azərbaycanımızı qorumalıyıq-CAHANGİR HÜSEYNOV


“Bu gün hər birimiz 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun qalib ordusunun Azərbaycan xalqına bəxş etdiyi bu uğurun, müvəffəqiyyətin qorunub saxlanmasına çalışmalıyıq”.

Newscenter.az xəbər verir ki, sabiq millət vəkili Cahangir Hüseynov səsləndirib. O bildirib ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfər bəzi ölkələri, eləcə də cənub qonşumuz İranı əsassız olaraq narahat etdi:

“Elə bundan irəli gəlir ki, İrandan son vaxtlar Azərbaycana qarşı heç də xoş olmayan, ölkəmizdə gərginlik yaratmağa hesablanmış hərəkətlər edilir”.

Cahangir Hüseynov qeyd edib ki, İran dediyimiz ölkə min illərlə Azərbaycan türklərinin idrə etdiyi dövlət olub:

“Çox təəssüflər olsun ki, biz bunu tanıda bilməmişik. Ancaq hesab edirəm ki, son hadisələr hər birimizə dərs olmalı, Azərbaycanımızı qorumalıyıq. Təkcə 10 milyon azərbaycanlının deyil, eləcə də dünyada, Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların mənafeyini qorumalıyıq”.




Mehman
Xəbəri paylaş