Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DİN metrodan yayılan görüntülərə aydınlıq gətirdi

DİN metrodan yayılan görüntülərə aydınlıq gətirdi


Sosial şəbəkələrdə metroda iki qadının dava etməsi ilə bağlı yayılmış görüntülər Bakıda çəkilməyib.

Newscenter.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, Metropolitendə Polis Şöbəsində aparılmış araşdırmalar nəticəsində məlum olub ki, görüntülər başqa ölkədə çəkilib.

Xatırladaq ki, videonu sosial şəbəkələrdə paylaşanlar davanın "Bakı Metropoliteni" QSC-nin "Azadlıq prospekti" stansiyasında qeydə alındığını bildirir.

Mehman
Xəbəri paylaş