Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Filippindəki 4 hərbi bazaya Amerika hərbiçiləri yerləşdiriləcək -ÖZƏL

Filippindəki 4 hərbi bazaya Amerika hərbiçiləri yerləşdiriləcək


ABŞ Müdafiə Nazirliyi Filippindəki daha 4 bazaya Amerika hərbçilərinin yerləşdiriləcəyini açıqlayıb. Newscenter.az ttrthaber-ə istinadən bildirir ki, Pentaqondan verilən yazılı açıqlamada, Filippində Camilo Osias, Camp Melchor Dela Cruz, Balabac adası və Lal-lo hava limanı da daxil olmaqla 4 yeni bazanın Genişləndirilmiş Müdafiə Əməkdaşlıq Müqaviləsinin əhatə dairəsinə daxil olduğu bildirilib.

Açıqlamada qeyd edilir ki, burada əsas məqsəd Hind-Sakit okean regionunda təhlükəsizlik, humanitar yardım və təbii fəlakətlər də daxil olmaqla digər hadisələrə qarşı birgə mübarizə aparmaq və əməkdaşlıq etməkdir.

Qeyd edək ki, ABŞ bundan əvvəl Filippinin müdafiə infrastrukturunu gücləndirmək üçün 82 milyon dollar vəsait ayırmışdı.

Mehman
Xəbəri paylaş