Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İnsan gərək öz əməllərindən qorxsun -ÖZƏL

İnsan gərək öz əməllərindən qorxsun


Adətən müsəlman dünyasının müqəddəs aylarından sayılan Ramazzan ayında hər kəs daha çox xeyirxah işlər görməyə, günahlarını azaltmağa üstünlük verir. Bəzən isə yalnız Ramazan ayında "xeyirxah" olanlar, digər aylarda sanki Allahı, xeyirxahlığı unudurlar.

Newscenter.az-ın xəbərinə görə, hüquqşünas Əli İbrahimov isə deyir ki, insan oğlu heç zaman Allahını unutmamalı, hər zaman xeyirxah işlər görməyə üstünılük verməlidir. O hesab edir ki, insan ilk növbədə öz əməllərinin aqibətindən qorxmalıdır:

"İnsanların haqqını basmamalı, heç kəsə zülm etməməli, haram iş görməməlidir. Bu nöqtəyə diqqət etmək lazımdır ki, Allah nə zalımdır və nə də boş yerə kiməsə zülm edər. Nə kiminsə haqqını zay edər, nə kiməsə layiq olduğundan artığı qədər cəza verər. Əslində insan Allahın rübubi sifətindən qorxmalıdır. Hər kim Allahın bu sifətinə diqqət edər, özünü gücsüz hesab edər və təkəbbürü aradan gedər. O, Allaha təslim olar və Ona itaət edər. Allah zalım deyildir ki, ondan qorxaq. Allah bağışlayan və mehribandır. Bəndələrin çox az günahlarına görə onları cəzalandırar, əslində onların çoxunu bağışlayar. Amma əslində Allahdan çəkinməyin bir çox faydaları vardır. Onlardan biri də budur ki, insan daima özünün nəzarətdə olduğunu bilər. Ona görə də əməllərinə diqqət edər və günaha tərəf getməz. Hər kimin qorxusu çox olarsa, əməllərinə nəzarəti də bir o qədər çox olar".

Əli İbrahimov deyir ki, insan gərək Allahdan deyil, öz əməllərindən qorxsun:

"Çalışsın ki, insanlara zülm etməsin. Allahın rübubiyyət sifətindən qorxsun və daima ona nəzarət edənin olduğu həqiqətini qəbul etsin. Ona görə günahdan çəkinsin və əməllərini nəzarətdə saxlasın".

Mehman
Xəbəri paylaş