Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran öz siyasətində korrektələr etməlidir -ÖZƏL

İran öz siyasətində korrektələr etməlidir


"İran hələ indi deyil, müstəqilliyimizin başlanğıcından bəri öz əhdinə naxələf çıxıb. Dəfələrlə Azərbaycan dövləti ikinci Qarabağ müharibəsindən sonra bu münasibətlərin düzəldilməsi üçün çağırışlar etdi, lakin biz İran tərəfdən heç bir müsbət addım görmədik. İndi isə sadəcə bütün bunların üstündən keçərək nota vermək heç bir şeyi dəyişməyəcək".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Vüqar Əhmədov səsləndirib. O bildirib ki, məsələ artıq notadan keçib:

"Əgər İran Azərbaycan cəmiyyətində və dövlətində ona qarşı münasibətin dəyişməsini istəyirsə, gərək öz siyasətində ciddi korrektələr etsin və anlamalıdır ki, qarşısında dayanan Azərbaycan güclü bir dövlətdir. Yox əgər İran bunu həzm edə bilmirsə, bu artıq onun problemidir, amma dediyim kimi notadan artıq məsələ keçib. Yaxşı olar ki, İran etdiyi hərəkətlərinə baxıb özü özünə nota versin. İran nə edirsə, özü özünə edir, indi ortada çox ciddi çatlar var və İran bu çatların düzəlməsi üçün qeyd etdiyim kimi gərək öz regional siyasətində ciddi korrektələr etsin".

Mehman
Xəbəri paylaş