Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Media subyektlərinin iqtisadi müstəqilliyi möhkəmlənəcək -ÖZƏL

Media subyektlərinin iqtisadi müstəqilliyi möhkəmlənəcək


“Azərbaycan dövləti və onun prezidenti daim medianın inkişafından yana olub, ölkə mətbuatının daha da inkişaf etdirilməsi üçün zəruri addımlar atıb”.

Bu fikirləri Newscenter.az saytının təsisçisi Ruhiyyə Mehdiyeva bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nu təsdiq etməsinı münasibət bildirərkən səsləndirib. Onun sözlərinə görə, sözügedən qanunda əksini tapan bir sıra məqamlar var ki, onların icrası nəticəsində medianın iqtisadi cəhətdən daha da inkişaf etməsi qaçılmaz olacaq:

“Qanuna əsasən, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin, reklam gəlirlərinin, habelə onlara verilən müvafiq maddi yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsinin isə əlavə dəyər vergisindən 3 il müddətinə azad olunur. Bu o deməkdir ki, media subyektlərinin iqtisadi müstəqilliyi güclənəcək. Media subyektlərinin iqtisadi müstəqilliyinin möhkəmlənməsi istər-istəməz ayrı-ayrı media qurumlarında çalışan jurnlaistlərin də sosial rifahının yaxşılaşdırılması, onların maaşlarının artımına öz müsbət təsirini göstərəcək. Eyni zamanda bu həm də medianın reklam bazarında daha fəal olmasına gətirib çıxaracaq”.

Ruhiyyə Mehdiyeva onu da diqqətə çatdırıb ki, sözügedən qanunun təsdiqi və həmin qanunda birbaşa media ilə bağlı məqamların əksini tapması dövlət başçısının mətbuata olan diqqət və qayğısının əyani sübutudur.

Sevinc
Xəbəri paylaş