Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Portuqaliyalı futbol ulduzu müsəlman oldu -ÖZƏL

Portuqaliyalı futbol ulduzu müsəlman oldu


Türkiyənin "Adana Dəmirspor" futbol klubunun portuqaliyalı ulduzu Kevin Rodrigues müsəlman olmağı qərarlaşdırıb.

Newscenter.az haber7.com-a istinadən bildirir ki, 29 yaşlı sol cinah müdafiəçisi qərarını yaxın ətrafı ilə bölüşüb və bu seçimindən son dərəcə xoşbəxt olduğunu bildirib.

Karyerasında əvvəllər “Tuluza”, “Dijon”, “Real Sosyedad”, “Leqanes”, “Eybar” və “Rayo Valyekano” komandalarında forma geyinən Kevin Rodriges “Adana Dəmirspor”da 24-ü Super Liqa, 1-i Türkiyə Kubokunda olmaqla 25 matçda forma geyinib. Portuqaliyalı müdafiəçi keçirdiyi oyunlarda 2 dəfə rəqibin torlarını silkələyib.

Futbolçunun Türkiyə klubu ilə müqaviləsi 2025-ci ildə başa çatacaq.

Oruc
Xəbəri paylaş