Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin: "İstehsalda ən böyük azalma avtomobil sektorunda baş verdi" -ÖZƏL

Putin: "İstehsalda ən böyük azalma avtomobil sektorunda baş verdi"


Rusiya prezidenti Vladimir Putin Qərb avtomobil şirkətlərinin Rusiyada öhdəliklərini pozduğunu bəyan edib.

Newscenter.az Rusiya mediasına istinadən bildirir ki, Rusiya prezidenti Vladimir Putin Tula bölgəsindəki qatar mühərrikləri zavodunda olarkən belə deyib.

Kreml rəhbəri bu səbəbdən ölkəsində avtomobil istehsalının azaldığını, hətta ən aşağı səviyyədə düşdüyünü diqqətə çatdırıb:

"Təəssüf ki, ölkəmizdə istehsalda ən böyük azalma avtomobil sektorunda baş verdi. Bu, bizim tərəfdaş adlandırdığımız şəxslərin hərəkətləri ilə bağlı olub".

Qeyd edək ki, Rusiyaya tətbiq edilən sanksiyalara görə ötən il "Renault", "Mercedes-Benz", "Nissan2 və "Toyota" kimi brendlər ölkədəki fəaliyyətini dayandırıb. Beləliklə, Rusiyada avtomobil satışı 2022-ci ildə bir əvvəlki illə müqayisədə 58,8 azalaraq 687 minə düşüb.

Natiq
Xəbəri paylaş