Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qurbanquli Berdiməhəmmədov: "Türkiyə ilə münasibətlərdə bir millət, iki dövlət prinsipi ilə hərəkət edirik" -ÖZƏL

Qurbanquli Berdiməhəmmədov: "Türkiyə ilə münasibətlərdə bir millət, iki dövlət prinsipi ilə hərəkət edirik"


Türkmənistanın Xalq Məsləhəti rəhbəri, keçmiş prezident Qurbanquli Berdiməhəmmədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğana məktub göndərib.

Newscenter.az
trthaber-ə istinadən bildirir ki, “Türkmənistan” qəzetində dərc olunan məktubda Qurbanquli Berdiməhəmmədov Türkmənistan-Türkiyə qardaşlığına diqqət çəkərək, “İlk növbədə Türkmənistana və Türkmən xalqına göstərdiyiniz dərin hörmətə, Türkmənistanın güclənməsinə verdiyiniz töhfələrə görə sizə təşəkkür edirik. Türkmənistan və Türkiyə arasında dostluq, qardaşlıq və çoxşaxəli əməkdaşlıq mövcuddur” ifadəsi yer alıb.

Türkmənistan və Türkiyə arasında dərin səmimiyyət, konstruktiv və gələcəyə hesablanmış qardaşlıq münasibətlərinə diqqət çəkən Berdiməhəmmədov məktubun sonunda üeyd edib ki, biz həmişə Türkiyə ilə münasibətlərdə bir millət, iki dövlət prinsipi ilə hərəkət edirik.

Mehman
Xəbəri paylaş