Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sumqayıtda 17 yaşlı qız itkin düşüb-FOTO

Sumqayıtda 17 yaşlı qız itkin düşüb-FOTO


Sumqayıtda 17 yaşlı qız itkin düşüb.

Newscenter.az-a Daxili İşlər Nazirliyindən bildirilib ki, Yaşıldərə bağlar massivi ərazisində yaşayan Aydan Cahangirova martın 31-də axşam saatlarında yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb: "Onun əlamətləri belədir: Boyu 170 sm., orta bədən quruluşlu, ağbəniz, yumru sifətli, saçı qara, gözləri qəhvəyidir.

Evdən çıxarkən əynində qırmızı rəngli qış gödəkçəsi, tünd göy rəngli cins şalvar, ayağında ağ rəngli idman ayaqqabısı olub.

Şəkildəki qızı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin (018) 654-02-02; (018) 655-76-65 şəhər və (050) 482-65-27; (050) 538-41-51 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur".



Mehman
Xəbəri paylaş