Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xarici ölkələrin kitabxanalarında Azərbaycan həqiqətləri ilə bağlı kitablar yoxdur -ÖZƏL

Xarici ölkələrin kitabxanalarında Azərbaycan həqiqətləri ilə bağlı kitablar yoxdur


Hər nə qədər informasiya cəbhəsində fəal olmağa çalışsaq da, reallıq ondan ibarətdir ki, ermənilər beynəlxalq miqyasda bizi bir çox hallarda üstələməyıə nail olurlar. Düzdür, burada xristian amili və ya ayrı-ayrı ölkələrin media quruluşları, eləcə də digər subyektlərində ermənilərin oturuşması amili də müəyyən mənada rol oynayır. Ancaq etiraf etmıluyik ki, Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda təbliğində kifayət qədər aktiv deyilik.

Elə hüquq müdafiəçisi Sahib Məmmədov da bu qənaətdədir. Newscenter.az-ın xəbərinə görə, Sahib Məmmədov bildirib ki, xarici ölkələrin məşhur və o qədər də məşhur olmayan kitabxanalarında demək olar Azərbaycan həqiqətləri ilə bağlı kitablar yoxdur. Hüquq müdafiəçisi hesab edir ki, ermənilərin saxta kitabları isə ən kiçik kitbxanalarda, indi isə bütün elektron kitabxanalarda var:

"Bizimkilər kitabı müxtəlif dillərə tərcümə etsə də həmin kitabxanalarda yerləşdirə bilmir və ya heç buna cəhd də etmir. Poçtla göndərilən, əllə aparılan kitabları isə kitabxanalar qəbul etsə belə kataoloqa daxil etmir. Uzağı vestübüldə qoyur. Kim istəsə götürsün. Bir müddət sonra isə utilizasiya edirlər gedir. Çünki kitablara, onların kataloqlara salınmasına dair ciddi tələblər var. İlk növbədə onlara əməl edilməlidir".

Mehman
Xəbəri paylaş