Dünən axşam saatlarında İrəvandan Xankəndinə qayıdan 3 erməni vətəndaşın səhhəti qəfildən pisləşdiyindən onlara azərbaycan həkimlər müdaxilə etmək məcburiyyətində qalıblar.
Newscenter.az-ın hərbi ekspert Ədalət Verdiyevə istinadən verdiyi məlumata görə, ilkin tibbi yardım göstərilən sıravi ermənilər daha sonra Azərbaycana məxsus Təcili Tibbi Yardım maşını ilə Xankəndi xəstəxanasına çatdırılıb.
Ədalət Verdiyev baş vermiş hadisə ilə əlaqədar fikirlərini belə ifadə edib:
"Xankəndinə həkimlərimiz ordudan əvvəl daxil olub. Ozunu pis hiss edən 3 erməniyə yardım da göstərilib. İnteqrasiya prosesini həkimlərimiz başlatdı. Xəstə emənilər 103 nömrəsi ilə müraciət edə bilərlər".
=]
Mehman