Türkiyədə seçkilər yaxınlaşdıqca müntəzəm olaraq keçirilən rəy sorğuları ilə vətəndaşların mövqeyi, seçki mübarizəsinə qoşulan siyasi partiyaların reytinqi öyrənilir.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, daha bir rəy sorğusu Araşdırma və Məsləhət Şirkəti (ASAL) tərəfindən keçirilib. 26 vilayətdə aparılan sorğuda vətəndaşlara “Bu bazar günü parlament seçkiləri olsaydı, hansı siyasi partiyaya səs verərdiniz?” sualına cavab verən respondentlərin 38,8 faizi AK partiya, 23,2 faizi CHP, 8,9 faiz isə İYİ Partiyanın adını qeyd edib. Sonrakı yerlərdə isə MHP və Vətən Partiyası qərarlaşıb.
Qeyd edək ki, ASAL-ın rəy sorğusu İstanbul, Tekirdağ, Balıkesir, İzmir, Aydın, Manisa, Bursa, Kocaeli, Ankara, Konya, Antalya, Mersin, Denizli, Burdur, Kırıkkale, Kayseri, Zonguldak, Kastamonu əhatə edib.
Mehman