Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qara dəniz qazını daşıyacaq boruların quraşdırılması prosesi başa çatıb -ÖZƏL

Qara dəniz qazını daşıyacaq boruların quraşdırılması prosesi başa çatıb


Türkiyə Neft Şirkəti (TPAO) Qara dəniz qazını quruya daşıyacaq boruların dəniz dibinə yerləşdirilməsi prosesinin başa çatdığını açıqlayıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, TPAO-nun Twitter hesabında paylaşılan yazıda, "Qara dənizdəki enerji bazamızı birləşdirən boruların Sakarya Qaz Sahəsi Torpaq Tesisinə yerləşdirilməsi prosesi uğurla tamamlandı". deyə vurğulaanıb.

Qeyd edək ki, Sakarya Qaz Sahəsindəki son yeniləmələrlə Qara dənizdəki qaz ehtiyatı 710 milyard kubmetrə çatıb. Aprelin 20-də prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək mərasimlə Qara dəniz qazının quruya çıxarılması nəzərdə tutulur.
Xəbəri paylaş