Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Salyanda ağır yol qəzası olub, ölən və yaralanan var

Salyanda ağır yol qəzası olub, ölən və yaralanan var


Bakı-Salyan yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb.

Baş Dövlət Yol Polisi İdarəsindən Newscenter-az-a bildirilib ki, hadisə magistral yolun 29-cu kilometrliyində qeydə alınıb:

"İlkin məlumata görə, “Hyundai Accent” markalı 99-TN-320 dövlət nömrə nişanlı avtomobil xarab olaraq yolun kənarında dayanıb. Eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı 42-BM-084 dövlət nömrə nişanlı avtomobil ona çırpılıb. Hadisə nəticəsində “Hyundai Accent” avtomobilində olan üç nəfər qadın sərnişin həlak olub. Sürücü, bir qadın və bir azyaşlı uşaq isə xəsarət alıb".

Faktla bağlı araşdırma aparılır.

Mehman
Xəbəri paylaş