Ermənilər tərəfindən Qarabağda ekoloji terror davam edir. Baxmayaraq ki, Azərbaycanın ekofəalları bu məqsədlə Xankəndi-Laçın yolunda dinc aksiya keçirərək dünya birliyini bu məsələyə diqqət ayırmağa çağırır, lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, dünya ekologiya və ətraf mühitin qorunması məsələsində də ikili standartlara yol verir. Elə hüquqşünas Əli İbrahimov da bu qqənaətdədir.
Newscenter.az-ın xəbərinə görə, hüquqşünas qeyd edib ki, ermənilər tərəfindən ekologiyaya və təbiətə qarşı törədilən həmin ağır cinayətlər ətraf mühit sahəsində mövcud olan “Bioloji Müxtəliflik”, “Ramsar” və “Bern” beynəlxalq konvensiyalarının tələblərinin kobud surətdə pozulmasıdır:
"Azərbaycan Ermənistanın ekoloji terror siyasəti ilə bağlı həm işğal dövründə, həm də işğaldan sonra müvafiq beynəlxalq təşkilatlara müraciətlər edib. Müvafiq beynəlxalq təşkilatların ermənilərin ekoloji terror siyasətinə hələ də qiymət verməməsi ikili standartların təzahürüdür. Amma bütün hallarda bu məsələ dövlətin daim diqqət mərkəzindədir".
Mehman