“CamperPark Həkəri” layihəsi nəinki Laçının həmçinin Zəngəzur və Qarabağ coğrafi regionunun dünyada tanıdılmasına çox böyük şərait yaradacaq.
Newscenter.az xəbər verir ki, bu fikirləri Sevara Groupun prezidenti, sözügedən layihənin müəllifi, laçınlı iş adamı Rəşad Quliyev səsləndirib. O bildirib ki, hökumətin “CamperPark Həkəri” layihəsinə olan diqqəti sevindiricidir:
"Dövlət Turizm Agentliyinin rəhbərliyinin təşəbbüsü ilə layihəmiz daha geniş şəkildə hazırlanaraq Qarabağ Dirçəliş Fonduna təqdim edilib. Və təbii ki bu kimi hallar layihəmizin əhatəsinin daha da genişlənməsini vüsat alır. Həmçinin Laçında, Həkəri çayı sahilində müvafiq ərazinin bizə ayrılması üçün məhz İqtisadiyyat Nazirliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət ünvanlanıb“.
Anar