Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AZAL-ın nə xidmətinin qiymətində, nə də keyfiyyətində dəyişiklik gözlənilmir

AZAL-ın nə xidmətinin qiymətində, nə də keyfiyyətində dəyişiklik gözlənilmir


"Azərbaycan Hava Yolları (AZAL) QSC A320neo və A321neo daxil olmaqla 12 təyyarə almaq üçün Airbus şirkətinə sifariş verib. Bununla bağlı müqavilə bu günlərdə Bakıda keçirilən mərasimdə imzalanıb. Airbusun açıqlamasına görə, son nəsil A320neo Ailəsi təyyarələri ən müasir və yanacaq sərfəli təyyarələri idarə etmək, əməliyyat səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq, eyni zamanda bütün donanmada sərnişinlərə əla rahatlıq təqdim etmək üçün şirkətin donanmasının yenilənməsi strategiyasının bir hissəsidir.

Newscenter.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən iqtisadçı Qubad İbadoğlunun sözlərinə görə, mühərrik seçimi aviaşirkət tərəfindən sonrakı mərhələdə elan ediləcək:

"AZAL birinci vitse-prezidenti Samir Rzayev bildirib ki, “Biz təyyarə parkımızın modernləşdirilməsi proqramı üzrə Airbus ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirməkdən məmnunuq və ikitərəfli tərəfdaşlığı gücləndirmək niyyətindəyik. İmzalanan müqavilə sərnişinlərimizi ən müasir və komfortlu təyyarələrlə təmin edəcək”,

Məlumat üçün qeyd edim ki, Airbusun A320neo təyyarələrinin qiyməti 110 milyon dollar, A321neo təyyarələrinin qiyməti isə 130 milyon dollardan çoxdur. Hesablamalar göstərir ki, 12 təyyarəyə görə, 1,3-1,5 milyard dollar ödəniləcək. Təyyarələrin alınması lizinq əməliyyatları üzrə dövlət zəmanəti ilə aparılacaq. Bu o deməkdir ki, yenə də AZAL-a görə Azərbaycan höküməti üzərinə əlavə borc öhdəliyi götürəcək. Bütün bunlara baxmayaraq AZAL-ın nə xidmətinin qiymətində, nə də keyfiyyətində dəyişiklik gözlənilmir".

Qubad İbadoğlu onu da qeyd edib ki, Airbus şirkəti Fransa, Alman və İspaniya dövlətinə və digər səhmdarlara məxsusdur:

"Odur ki, Fransa ilə iqtisadi əməkdaşlığın inkişafı yalnız bu sahədə müşahidə olunmur. Belə ki, bu ilin 2 ayında Fransa idxalda Azərbaycanın Rusiya, Türkiyə və Çindən sonra 7.65 faizlə əsas ticarət mütəffiqi olub. 2 ay ərzində Azərbaycan Fransadan 202 milyon 886 min dollardan çox məhsul idxal edib".

Natiq
Xəbəri paylaş