Ramazan bayramı günlərində İstanbul, Ankara və İzmirdə şəhərdaxili ictimai nəqliyyatı pulsuz olacaq.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, bundan başqa qeyd edilən müddət ərzində İstanbul, Ankara və İzmirdə körpülər, pullu magistral yollardan istifadə zamanı da vətəndaşlardan ödəniş alınmayacaq. Artıq bununla bağlı prezident Rəcəb Tayyib Ərdoğanın müvafiq qərarı rəsmi qəzetlərdə də öz əksini tapıb.
Qərar aprelin 20-dən 24-dək qüvvədə olacaq.
Mehman