"2004-cü ildən ölkədə həyata keçirilən Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları respublikanın hərtərəfli inkişafında mühüm rol oynayıb. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Salyan və Neftçala rayonlarına səfəri və səfər çərçivəsində yeni infrastruktur obyektlərinin açılışı fonunda bunu aydın gördük".
Bu fikirlər İqtisadi Təhlil və Qiymətləndirmə Mərkəzinin açıqlamasında yer alıb. Mərkəzdən Newscenter.az-a daxil olan açıqlamada qeyd edilib ki, artıq dördüncü proqramın icrası da yekunlaşmaq üzrədir və bütün proqramlar kimi sonuncu proqram da uğurla icra edilib:
"Cənab Prezidentin Salyan və Neftçala rayonlarına səfərləri zamanı Dövlət Televiziyasına verdiyi müsahibədə də qeyd etdiyi kimi bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılıb".
Mərkəzdən o da qeyd edilib ki, Dövlət Proqramlarının uğurla icrası və nəticədə ölkə iqtisadiyyatının inkişafı, əldə edilən gəlirlər işğaldan azad edilən rayonlarımızda quruculuq-abadlıq işlərinin həyata keçirilməsinə imkan yaradır.
Natiq