Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi müzakirə edilib

Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi müzakirə edilib


İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu (SİF) və “Marsol” MMC arasında sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi ilə bağlı görüş keçirilib.

Newscenter.az xəbər verir ki, görüşdə SİF-in güzəştli maliyyə mexanizmləri barədə ətraflı məlumat verilib, sahibkarların maliyyə əlçatanlığının artırılması istiqamətində işgüzar əlaqələrin qurulmasının əhəmiyyəti vurğulanıb.

Görüş çərçivəsində müzakirə edilən sahibkarlığa dəstək istiqamətləri üzrə SİF və “Marsol” MMC arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Sevinc
Xəbəri paylaş