Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Bravo"nun polietilen torba fırıldağı-Müştəri necə aldadılır? -ÖZƏL

"Bravo"nun polietilen torba fırıldağı-Müştəri necə aldadılır?


Cari il, fevral ayının 15-dən etibarən Azərbaycanda ticarət obyektlərində alış-veriş zamanı istifadə edilən polietilen torbalar ödənişli olub. Belə ki, artıq bir müddətdir kiçik ölçülü torbalar 3 qəpiyə, böyük ölçülülər isə 5 qəpiyə satılır. Lakin bəzi ticarət mərkəzləri bu məsələdə də fırıldağa, alıcıları aldatmağa üstnülk veriblər.

Newscenter.az-a "Bravo" marketlər şəbəkəsinin daimi müştərilərindən birinin verdiyi xəbərə görə, ticarət mərkəzində bir həftəyə yaxındır ki, böyük ölçülü polietilen torbalar satışdan yığışdırılıb. Alıcı bunu sözügedən ticarət mərkəzinin fırıldağı, vətəndaşları aldatmağı və daha çox gəlir götürmək istəyi kimi dəyərləndirib:

"Adətən alıcıların böyük əksəriyyəti "Bravo"dan alış-veriş edərkən böyük həcmli polietilen torbalardan istifadə edir və 5 qəpik ödəyərək həmin torbaya marketdən aldığı ərzaq və digər məhsulları yerləşdirir. Yəni, alıcı 5 qəpik ödəyib bir polietilen torba almaqla problemini həll etmiş olur. Ticarət mərkəzi bu prosesin qarşısını almaq və daha çox polietilen torbalar satmaq üçün 5 qəpiyə olan polietilen torbaları satışdan yığışdırıb. Əvəzində alıcıya 3 qəpiklik, olduqca kiçik ölçülü polietilen torbalar təklif edilir. Həmin torbalara isə yaınız 2 ədəd çörək qoymaq mümkündür. Bu zaman alıcı məcbur qalıb bir neçə dənə 3 qəpiklik polietilen torbalar almalı olur. Bir sözlə "Bravo"nun başbilənlərinin fırıldağı nəticəsində alıcı aldığı məhsulları 5 qəpik ödəməklə polietilen torbalara yerləşdirə bilirdisə, böyük həcmli torbaların satışdan yığışdırılması ilə ən azı 15 qəpiklik kiçik həcmli polietilen torbalar almalı olur".

Natiq
Xəbəri paylaş