Qarabağ separatçıları üçün həlqə hər ötən gün bir qədər də daralır. Müntəzəm olaraq bəzi yüksəklikləri nəzarətə götürən Azərbaycan Ordusu Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət buraxılış məntəqəsinin yaradılmasından bu istiqamətdə mövcud olan daha bir neçə yüksəkliyə nəzarəti təmin edib.
Newscenter.az politoloq Zaur Məmmədova istinadən bildirir ki, bunlar Kiçik Qaladərəsi istiqamətində neytral zonada qalmış 1686 m və 1516 metr hündürlükdəki yüksəkliklərdir. Politoloq hesab edir ki, həmin yüksəkliklərin nəzarətə götürülməsi ilə Qubadlı-Laçın yolunun təhlükəsizliyi təmin olunur:
"Bununla yanaşı, Azərbaycan Ordusu Qarabağdakı separatçılığın mərkəzi rolu oynayan Qaladərəsi kəndləri istiqamətində həlqəni bir az da daraltdı".
Mehman