Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Son sutkada Azərbaycanda 38 nəfər nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda 38 nəfər nəfər koronavirusa yoluxub


Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Bu barədə Newscenter.az Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada infeksiyaya 38 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 27 nəfər isə sağalıb, 3 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 831 354 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 820 861 nəfər müalicə olunaraq sağalıb, hazırda 252 aktiv xəstə var. Bu günə qədər 10 241 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 166, bu günə qədər isə ümumilikdə 7 589 504 test icra olunub.

Eyni zamanda ölkədə son sutka ərzində 347 nəfər vaksinasiya olunub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 960 646 olub.

Sevinc
Xəbəri paylaş