Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"POLAD" PUA-sından sonra "MÜBARİZ" PUA-sı da Azərbaycan xalqının qəhrəmanlarını tanıdacaq -ÖZƏL

"POLAD" PUA-sından sonra "MÜBARİZ" PUA-sı da Azərbaycan xalqının qəhrəmanlarını tanıdacaq


"DroneX" komandasının "Teknofest-2023" festivalındakı qələbəsi yüksək zəkanın və illərlə çəkilən əziyyətin nəticəsidir. Budur, Azərbaycan gəncliyi və budur, bizim gələcəyimiz.

Newscenter.az xəbər verir ki, bu fikirləri Palmali Şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov səsləndirib. Şirkət rəhbəri bunları qeyd edib:

"Mən "DroneX" komandasının bütün üzvlərini qələbə münasibətilə təbrik edirəm. Amma bu, təbii ki, sonluq deyil, başlanğıcdır. "MÜBARİZ" PUA-sını və onun müəllifi olan gənc azərbaycanlı tələbələri yeni zirvələrə aparan başlanğıc... Bu yolda sizə uğurlar arzulayıram və hər zaman yanınızdayam. Hər kəs bilsin ki, biz ənənəmizə sadiqik və onu davam etdiririk".

Mübariz Mənsimov vurğulayıb ki, gəmilərimizə şəhidlərimizin adlarını verərək, onları bütün dünyada tanıtmaqda davam etdiyimiz kimi "POLAD" PUA-sından sonra "MÜBARİZ" PUA-sı da Azərbaycan xalqının qəhrəmanlarını tanıdacaq.

Anar
Xəbəri paylaş