Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

7 yaşlı körpə uşağı öldürən müəllimə ən ağır cəza verilməlidir -ÖZƏL

7 yaşlı körpə uşağı öldürən müəllimə ən ağır cəza verilməlidir


Sumqayıtda 7 yaşlı uşağın idman zalında müəllimi tərəfindən aldığı ağır xəsarət nəticəsində vəfat etməsi cəmiyyətdə ciddi etirazla qarşılanıb. Birmənalı olaraq cəmiyyətin hər bir üzvü uşaq qatili olan müəllimin ən ağır cəzaya məhkum edilməsini istəyir. Elə Milli Cəbhə Partiyasının Siyasi Şurasının üzvü, ilahiyyatçı Tural İrfan da bu qənaətdədir.

Newscenter.az-ın xəbərinə görə, Tural İrfan deyib ki, həmin şıəxsə ən sərt cəza verilməlidir. Çünki rəhmətə gedən uşağın valideynləri də mənən məhv olub:

"O videogörüntülər hər dəfə onların qarşısına çıxdıqca ölüb diriləcəklər. Təəssüflər olsun ki, ətrafımızda da o uşağı öldürən şəxs kimi rəhmsiz, mərhəmətsiz, qəddar adamlar çoxdur. Əllərində əlac olsa adamı doğrayarlar. Kin, xainlik, paxıllıq, həsəd, nifrət bəzilərinin içini yeyir. Üzə gülüb arxada quyu qazan, şər quraşdıran, qara yaxan, böhtanla qidalanan, ara vurmaqla nəfəs alan, üzə durmaqla ömür sürən adamlar var".

Anar
Xəbəri paylaş