Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aqrar sahədə fəaliyyət göstərən gənc mütəxəssislər üçün İsraildə təcrübə proqramı

Aqrar sahədə fəaliyyət göstərən gənc mütəxəssislər üçün İsraildə təcrübə proqramı


Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və İsrailin Arava Beynəlxalq Kənd Təsərrüfatı Tədris Mərkəzi (AICAT) aqrar sahədə fəaliyyət göstərən gənc mütəxəssislər üçün növbəti təcrübə proqramı elan edir.

Newscenter.az xəbər verir ki, 11 ay davam edəcək proqram çərçivəsində 50 nəfər gənc İsrailin fermer təsərrüfatlarında təcrübə keçmək imkanı qazanacaqlar. Bundan başqa, proqram iştirakçıları həm aqrar, həm də iqtisadi sahədə akademik təlimlərdə iştirak edə biləcək.

Təcrübə proqramında iştirak etmək istəyən namizədlər kənd təsərrüfatı yönümlü ixtisasları bitirməli, ingilis dilini bilməlidir. Məzun olmuş gənclərlə yanaşı, bakalavriat və magistratura səviyyəsi üzrə sonuncu kurslarda təhsil alan tələbələr də təcrübə proqramında iştirak üçün müraciət edə bilərlər.

Hərbi xidmət öhdəliyi olan gənclər proqramda iştirak edə bilməzlər.

Proqram 20-28 yaş aralığında gənclər üçün nəzərdə tutulur.

Təcrübə proqramı 2023-cü ilin avqust ayından 2024-cü ilin iyul ayınadək davam edəcək.

Təcrübə proqramında iştirak ödənişlidir. Proqramda iştirak haqqı 8 bərabər hissə ilə ödənilə bilər. Proqram iştirakçıları İsraildə olduğu dövr ərzində əməkhaqqı ilə təmin ediləcəklər.

Proqrama daxildir:

İsraildə təcrübə və sahəvi səfərlər;
Tibbi sığorta;
Asudə vaxtların səmərəli təşkili;
Proqramın sonunda Azərbaycana geri dönüş biletinin təmin edilməsi.

Ətraflı məlumat üçün:
http://www.aicat-arava.com/

Təcrübə proqramında iştirak etmək istəyən şəxslər mayın 20-dək
https://docs.google.com/forms/d/e/1FAIpQLSf0ERmMUqR0ho3qWYUWLcQwmw_5mJvSMXvV32dNijt9tRsn4w/viewform?usp=sf_link
vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Əlaqə üçün:
Elm, təhsil və insan resursları şöbəsi
[email protected]
+994772990660

Natiq
Xəbəri paylaş