Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənilərə ərazilərimizin adı və himnimiz yazılan bukletləri hədiyyə verməliyik -ÖZƏL

Ermənilərə ərazilərimizin adı və himnimiz yazılan bukletləri hədiyyə verməliyik


Artıq bir həftədən çoxdur ki, Xankəndi-Laçın yolunun başlanğıcında Azərbaycanın Nəzarət Buraxılış Məntəqəsi fəaliyyət göstərir. Dünən məntəqədən yayılan ilk videogörüntülərdən aydın oldu ki, Qarabağ erməniləri sərbəst şəkildə, pasport qeydiyyatından keçməklə Nəzarət Buraxılış Məntəqəsindən istifadə edə bilirlər.

Bununla yanaşı Nəzarət Buraxılış Məntəqəsində bəzi təkmilləşdirmələr aparılması kimi təkliflər də səslənməkdədir. Newscenter.az-ın xəbərinə görə, hərbi ekspert Ədalət Verdiyev isə deyir ki, Laçın Nəzarət Buraxılış Məntəqəsindən keçən ermənilərə ərazilərimizin adı və himnimiz yazılan bukletləri hədiyyə verməliyik:

"Ərazilərin adını bir qədər müharibədə əzbərlədiklərini bilirəm. Gələn dəfə keçid məntəqəsinə yaxınlaşanda bullet üzrə biliklərini qiymətləndirmək də yaddan çıxmasın".

Anar
Xəbəri paylaş