Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hacı Şahinin yerinə yeni imam təyin edilib

Hacı Şahinin yerinə yeni imam təyin edilib


Bakıdakı Məşədi Dadaş məscidinə yeni imam təyin edilib.

Newscenter.az "Report"-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Əli Şərbətov məscidə imam təyin olunub və o, bu gün Məşədi Dadaş məscidinin dini icmasına təqdim olunacaq.

M.Qurbanlı həmçinin məscidə yeni təyinatların olacağını vurğulayıb: "Məscidə əlavə təyinatlar da olacaq. Eyni zamanda qadın dini ayinlərinin icraçısı da təyin ediləcək".
Xəbəri paylaş