Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cinayət Məcəlləsindəki bu maddənin yazılışı, mahiyyəti anlaşılmazlıq və təəccüb doğurur-KRİMİNALİST

Cinayət Məcəlləsindəki bu maddənin yazılışı, mahiyyəti anlaşılmazlıq və təəccüb doğurur-KRİMİNALİST


7 yaşlı Fəridin məlum hadisədə ölümü faktı ilə bağlı Prokurorluq CM 126.3-cü (126.1, 126.2. qəsdən sağlamlığa ağır zərər vurma əməlləri ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başladıb və məşqçi M. Xəlilov şübhəli şəxs kimi tutulub.

Məcəllədə eynilə, bu cür yazılıb: "126.3. Bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, — doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Sual yaranır, necə yəni qəsdən sağlamlığa ağır zərər vurma zamanı ehtiyatsızlıq? Bir əməl ki, qəsdən zərərli edilirsə, orada, nə ehtiyatsızlıq? Bunu CM-nə kim yazıb, ya haradan götürülüb, ya bəlkə, xaricdən tərcüməsini düz etməyiblər?

Bəyəm, qəsdən edilən zərərli əməllər, məsələn xuliqanlıq, ya quldurluq, ya zorlama ilə əlaqəli ölüm törədilirsə bu ehtiyatsızlığın nəticəsi olur? Gərək, xuliqan bıçağı ehtiyatlamı vuraydı və ya təcavüzçü zorladığı qadını ehtiyatlamı boğaydl ya, quldur basqında ehtiyatlamı silah işlədəydi?

Cinayət Məcəlləsinin axı, 120-ci qəsdən adam öldürmə maddəsində doğru olaraq, xuliqanlıq, zorlama, quldurluq və s.-lə əlaqədar törədilən ölüm əməli konkret qəsdən adamöldürmə kimi tövsif edilir. Onda, qəsdən ağır xəsarət yetirmə ilə əlaqədar ölüm niyə, ehtiyatsızlıq kimi tövsif edilsin ki? Ağır xəsarət isə, qanunvericiliklərdə məhkəmə tibbi ekspertizada da yetirilən anda həyat üçün təhlükəli hesab edilir, dünyada hər yerdə. Demək ki, ağır xəsarət yetirmənin ölüm törənməsi, yəni onların əlaqəli olması reallıqdır.

Anlaşılmazlıq yaradır bu cür hal. Əvvəllər, belə yazılı maddə yox idi heç, sonradan salınıb bu.

Qəsdən sağlamlığa ağır zərər vurma ilə əlaqəli ölüm halı qəsdlə adam öldürmə kimi müəyyən edilməlidir, məncə. Cinayət Məcəlləsindəki bu anlaşılmaz maddəyə heç olmasa, Konstitusiya Məhkəməsi izahlı aydınlıq versəydi yaxşı olardı.

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist
Xəbəri paylaş