Bir neçə gündür ki, Sumqayıtdakı idman zallarından birində baş verən ölüm hadisəsi cəmiyyətdə çok effekt yaradıb. İdman müəlliminin məşq keçdiyi uşağı qətlə yetirməsi cəmiyyətdə haqlı etirazlara səbəb olub. Cəmiyyətin böyük əksəriyyəti məşqçi kimi fəaliyyət göstərən və uşaq qatilinə çevrilən həmin şəxsin ən ağır cəzaya məhkum edilməsini istəyir. Həmçinin, idman məşqçisi kimi fəaliyyət göstərən şəxslərin psixoloji durumunun yoxlanılması da haqlı olaraq tələb edilir.
Elə Bakı şəhəri Əliheydər Kazımov adına 228 nömrəli tam orta məktəbin direktoru Səkinə Rzayeva da bu qənaətdədir. Newscenter.az-ın xəbərinə görə, direktor bildirib ki, təhsil alanlara təhsil verənin təkcə akademik bilikləri kifayət etmir, onun psixoloju durumu da olduqca vacibdir:
"Bəzən Elm və Təhsil Nazirliyindən inciyirlər ki, MİQ-dən yüksək bal toplayan müəllim bəzi hallarda müsahibədən keçə bilmir. Əlbəttə ki, təhsil alanlara təhsil verənin təkcə akademik bilikləri kifayət etmir, onun psixoloju durumu da olduqca vacibdir. Düşünürəm ki, idman məşqçiləri üçün də eynisi tətbiq olunmalıdır. Bir ana kimi vəfat edən 7 yaşlı uşağın faciəsindən dərin kədər hissi keçirirəm. Allah rəhmət etsin".
Anar