Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə vəba təhlükəsi -ÖZƏL

Türkiyədə vəba təhlükəsi


Türkiyə vəba xəstəliyi təhlükəsi ilə üz-üzədir.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Adana Tibb Palatasının rəhbəri doktor Səlahəddin Menteş belə bir açıqlama ilə çıxış edib. O, bunu Suriyada vəba xəstəliyinin yayılması ilə əlaqələndirib.

Məlumata görə, Suriyada 71 min 463 vəba hadisəsi qeydə alınıb ki, onlardan da 23 nəfəri dünyasını dəyilib. Xəstəliyin daha çox Suriyanın şimal-qərbində yayıldığı bildirilir.

Qeyd edək ki, hazırda Afrikanın bir sıra ölkəsində də vəba xəstəliyi yayılıb.

Mehman Mehdiyev
Xəbəri paylaş